Bakıda keçirilən badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatında yarımfinal mərhələsi başa çatıb.
İdman.biz xəbər verir ki, İngiltərə ilə qarşılaşan Fransa yığması 3:0 hesabı ilə qalib gəlib.
Bununla da “üçrənglilər” finala vəsiqə qazanıb. Fransa həlledici görüşdə Danimarka ilə qarşılaşacaq.
İngiltərə isə Almaniya kimi bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, yekun sıralamada İspaniya 5-ci, Çexiya 6-cı, Niderland 7-ci, Azərbaycan 8-ci olub.
İdman.biz