Azərbaycan Badminton Federasiyasının məşqçiləri üçün “Shuttle Time Tutors” kursu keçirilib.
İdman.biz xəbər verir ki, məşğələnin məqsədi “Shuttle Time” proqramının təbliği və bu proqramın genişlənməsi üçün yeni məşqçilərin yetişdirilməsidir.
Kursda 20 nəfər məşqçi iştirak edib. Seminarı uğurla bitirən məşqçilər “Shuttle Time Tutor” beynəlxalq sertifikatını əldə edərək yeni məşqçilərin yetişdirilməsində iştirak edə biləcək.
İdman.biz