"Sabah" basketbol klubu baş məşqçisi Boban Mitevlə vidalaşıb.
Bakı təmsilçisindən İdman.bizə verilən məlumata görə, buna mütəxəssisin ailə vəziyyəti səbəb olub.
Şimali makedoniyalı şəxsi istəyi ilə komandadan ayrılıb. Hazırda komandanı oyunlara onun köməkçisi Nikola Bozinovski çıxarır.
Qeyd edək ki, "Sabah" bu gün VII tur da "Şəki"nin qonağı olacaq. Matç saat 12:00-da start götürəcək.
İdman.biz