“Miluoki Baks”ın oyunqurucusu Demyen Lillard yeni rekorda imza atıb.
İdman.biz xəbər verir ki, o, üçlük atışların sayında NBA tarixinin “ilk beşliy”ə daxil olub.
Lillard 2451 dəqiq atışla Kayl Korveri (2450) geridə qoyub. Siyahıya 3496 dəqiq üçlüklə Stefen Kerri başçılıq edir. Rey Allan (2973) 2-ci, Ceyms Harden (2795) 3-cü, Reci Miller (2560) 4-cü pillədə qərarlaşıb.
Qeyd edək edək ki, Lillard yayda “Portlend”I “Miluoki”yə dəyişib.
İdman.biz