Bu gün basketbol üzrə dünya çempionatında 2-ci tur yekunlaşıb.
İdman.biz saytı xəbər verir ki, favoritlər günü qələbə ilə başa vurublar.
ABŞ yığması Yunanıstanla görüşdə çətinlik çəkməyib. Hər 4 periodda rəqibini üstəyən amerikalılar, əbəs yerə dünya çempionatının favoriti olmadıqlarını sübuta yetiriblər.
Serbiya komandası Puerto-Rikodan, Sloveniya isə Gürcüstandan güclü olub. Sloveniyalı Luka Donçiç 34 xal və 10 ötürmə ilə günün qəhrəmanlarından olub. Məğlubiyyətə baxmayaraq, qonşu Gürcüstan pley-offa yüksəlmək şansını saxlayıb. Komanda son görüşdə Venesuela ilə qarşılaşacaq.
İran ikinci görüşdə də uduzaraq, pley-offa yüksəlmək şansını itirib.
Dünya çempionatı
2-ci tur
Çin – Cənubi Sudan – 69:89
Venesuela – Kapo Verde – 75:81
Yeni Zelandiya – İordaniya – 95:87 OT
Fil Dişi Sahili – İran – 71:69
Gürcüstan – Sloveniya – 67:88
Puerto-Riko – Serbiya – 77:94
Yunanıstan – ABŞ – 81:109
Braziliya – İspaniya – 78:96
İdman.biz