“Biz favorit sayılırdıq. Özümüz də bunu bilirdik və bu, bir qədər bizdə rahatlığa da səbəb olmuşdu”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının IX turunda “Cəlilabad”a 90:98 məğlub olduqları oyundan sonra “Xırdalan”nın basketbolçusu Cessi Qi deyib.
Amerikalı legioner qələbə qazana bilməmələrini çempionatda zəif komandanın olmaması ilə əlaqələndirib: “İstənilən nəticə ola bilər. İlk andan etibarən istənilən rəqibə qarşı diqqətli oynamalıyıq. Problemimiz müdafiədə oldu. Zədəli oyunçumuz da var idi. Bundan sonra daha çox çalışıb komanda ruhunu qorumalıyıq. İnanıram ki, 2-ci dövrəyə daha güclü "Xırdalan" kimi geri qayıdacağıq”.
Qeyd edək ki, “Xırdalan” ilk dövrəni 13 xalla 5-ci pillədə bitirib.
İdman.biz