“Detroyt Pistons” NBA-nın müntəzəm çempionatında 26-cı ardıcıl məğlubiyyətini alıb.
İdman.biz xəbər verir ki, komanda turnirin ən uğursuz seriyasını təkrarlayıb.
Detroyt klubu səfərdə “Bruklin Nets”ə uduzub. Oyun rəqib komandanın 126:115 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Əvvəllər “Klivlend Kavalyers” (2010/2011) və “Filadelfiya Siksers” (2013/14) dalbadal 26 oyunda məğlubiyyət yaşayıb. Detroytlular sonuncu dəfə oktyabrın 29-da qələbə qazanıblar.
Qeyd edək ki, “Detroyt Pistons” dekabrın 27-də yenidən “Bruklin”lə, bu dəfə öz meydanında qarşılaşacaq.
İdman.biz