Basketbol millimiz Türkiyədə təlim-məşq toplanışı keçirəcək

Xəbərlər
7 Yanvar 2024 10:39
269
Basketbol millimiz Türkiyədə təlim-məşq toplanışı keçirəcək

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi fevralın 12-də Türkiyədə təlim-məşq toplanışına yollanacaq.

Bu barədə İdman.bizə milli komandanın baş məşqçisi Tahir Baxşıyev məlumat verib.

Fevralın 21-dək İstanbulda keçiriləcək məşqlərdə 16 basketbolçunun iştirakı gözlənilir. Hazırlıq zamanı 2 yoldaşlıq matçı da nəzərdə tutulub.

Qeyd edək ki, toplanış 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsinin fevralın 22-də İsveçrə və 25-də Kosovoya qarşı oyunlarına hazırlıq xarakteri daşıyır.

Emin Ağa
İdman.biz