Baş məşqçinin istefasında Lebron Cemysin rolu

Xəbərlər
13 Yanvar 2024 00:14
218
Baş məşqçinin istefasında Lebron Cemysin rolu

NBA-da Los-Anceles Leykers”in baş məşqçisi Darvim Hem qovulmaq təhlükəsi ilə üzləşib.

İdman.biz xəbər verir ki, son turda “Finiks Sans”a məğlubiyyət bu addımı tezləşdirə bilər.

Amerika mətbuatına inansaq, klubun ulduz basketbolçusu Lebron Cemys baş məşqçinin istefaya göndərilməsinin tərəfdarıdır. Son 16 oyunun 11-də uduzan “Leykers”in oyunçularının baş məşqçinin işindən narazı olduğu bildirilir.

Qeyd edək ki, “Los-Anceles” basketbolçuları son görüşdə 109:127 hesabı ilə uduzublar.

İdman.biz

Məqalədə: