Tahir Baxşıyev: “Komanda oyun ritminə qayıdacaq”

Xəbərlər
13 Yanvar 2024 11:35
265
Tahir Baxşıyev: “Komanda oyun ritminə qayıdacaq”

"Fasilədən sonra ilk oyunumuz idi. Legionerlərimiz fasilədə vətənlərinə getmişdilər və cəmi 5 gün əvvəl ABŞ-dan qayıdıblar”.

İdman.biz xəbər verir ki, bunu NTD-İNDİQO-nun baş məşqçisi Tahir Baxşıyev deyib.

ABL-nın X turunda "Sumqayıt"a 104:95 qalib gələn mütəxəssis qələbəni şərh edib. O bildirib ki, komandasının oyunundan razı qalıb: “Əsas odur ki, qələbə qazandıq. Uşaqlar sona qədər mübarizə apardılar. Əlbəttə, daha yaxşı oyun göstərmək olardı. Ancaq çempionatda belə qarşılaşmalar olur. Həmişə istədiyin kimi oynamaq alınmır. Komanda oyun ritminə qayıdacaq. Düşünürəm ki, basketbolçular növbəti matçlarda özlərini daha yaxşı göstərəcəklər. Amma "Sumqayıt"ı da qeyd eləmək lazımdır. Çox yaxşı oynadılar. Bu komandanı çox bəyəndim. Çox artırıblar. Qalen Smitdən razı qaldım. Hələ fiziki cəhətdən tam hazır deyil. Amma "Sumqayıt"la matçda bizə çox kömək etdi".

Qeyd edək ki, X turdan sonra 19 xala malik olan NTD-İNDİQO turnir cədvəlinin lideridir. “Sumqayıt” isə 13 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz