Baş katib: “Bu mövsümdəki mübarizə əvvəlkilərdən dəfələrlə güclüdür” - VİDEO

Xəbərlər
18 Yanvar 2024 13:40
218
Baş katib: “Bu mövsümdəki mübarizə əvvəlkilərdən dəfələrlə güclüdür” - VİDEO

“Ötən illərdə olduğu kimi Azərbaycan Basketbol Liqasında fasilənin yaranması mümkün deyil. Federasiya rəhbərliyi çempionatın güclənməsi üçün əlindən gələni edir”.

Bunu İdman.bizin studiyasının qonağı olan ABF-in baş katibi Vüqar Əzimov deyib.

O, Azərbaycan Basketbol Liqasını ötən illərlə müqayisə edib. Əzimov bildirib ki, ölkə çempionatı ildən-ilə daha da güclənəcək: “Şəki”ni çıxmaq şansı ilə bütün komandaların pley-off şansı var. Ötən il finalda qalibin əlavə vaxtda müəyyənləşməsi, “Sabah”ın avrokubokda debütündə mərhələ adlaması basketbolumuzun qələbəsidir. Düşünürəm ki, bu mövsümdəki mübarizə əvvəlkilərdən dəfələrlə güclüdür. Keçən il zirvədə olan komandalar bu mövsümdəkilərlə başabaş oynaya bilməzlər. Bu il sırf 5 komanda çox yaxşı gedir. Bu gün liderlərdə zəif və ya güclü anlamı yoxdur. Bu bizi çox sevindirir. Tribunaların dolu olması da çox yaxşı haldır. Azərbaycan Liqasına maraq böyükdür”.

Emin Ağa
İdman.biz