Amil Həmzəyev: “Yaşımı nəzərə alsaq, yaxşı formadayam”

Müsahibə
19 Yanvar 2024 18:01
350
Amil Həmzəyev: “Yaşımı nəzərə alsaq, yaxşı formadayam”

“Oyun gərgin keçdi. Görüşə yaxşı başlamışdıq, amma daha sonra rəqib ev sahibliyi üstünlüyündən uğurlu istifadə etdi”.

İdman.biz xəbər verir ki, bunu “Xəzri”nin basketbolçusu Amil Həmzəyev Azərbaycan çempionatında “Gəncə” ilə matçdan sonra deyib.

Oyunda 21 xal, 12 ribaund və 3 asistlə yadda qalan komandasının kapitanı qələbəni şərh edib. 33 yaşlı basketbolçu klubunun mətbuat xidmətinə bildirib ki, 96:89 hesabı ilə qalib gəldikləri görüşdən öncə də başabaş mübarizə gözləyib: “Gəncə” pley-off şansını saxlamaq üçün daha əzmlə mübarizə aparsa da, biz də təcrübəmizi ortaya qoyaraq qalib gəlməyi bacardıq. Şəxsi performansıma gəlincə, bu təkcə mənim yox, həm də komanda yoldaşlarımın əziyyətinin bəhrəsidir. Yaşımı da nəzərə alsaq, ümumi olaraq yaxşı formadayam. Qarşıdan milli komandanın oyunları gəlir, orada da yaxşı çıxışımı davam etdirəcəm. Çalışacam ki, hər zaman əlimdən gələni ən yaxşısını edim”.

Qeyd edək ki, bu qələbədən sonra xalını 20-yə çatdıran “Xəzri” turnir cədvəlində liderliyə yüksəlib.

İdman.biz