“Sərhədçi”nin baş məqşçisi: “... alışqan olmaq istəyirik”

Müsahibə
27 Yanvar 2024 12:03
211
“Sərhədçi”nin baş məqşçisi: “... alışqan olmaq istəyirik”

"Rəqibimizin yerli oyunçularından birinin zədəli olduğunu bilirdik. Oyunumuzu həm buna görə, həm də sürət üzərində qurmuşduq".

İdman.biz xəbər verir ki, bunu "Sərhədçi" basketbol klubunun baş məşqçisi Evren Alkaya deyib.

ABL-nın 12-ci turunda "Sumqayıt"a 91:63 hesabı ilə qalib gələn mütəxəssis bildirib ki, sürətli oyun öz bəhrəsini verib: "Yaxşı toplar atdıq, sonra bir az yorulduq. Bu zaman da rəqib komanda xallar qazandı, reaksiya göstərdi. Geridönüş etməyə çalışdı. İstirahət etdikdən sonra yenidən sürətli oyunumuzu ortaya qoyduq və nəticə qazandıq. Düzdür, kritik məqamlarda toplarımız səbətə daxil olmadı. Əgər olsaydı, rəqibə xal fərqini azaltmağa imkan verməyəcəkdik. Həqiqətən güclü rəqiblə oynadıq. Çox keyfiyyətli top atan oyunçuları var. Qazandığımız üçün sevincliyik".

Alkaya ardıcıl 3 qələbə qazanmalarının komandaya motivasiya verəcəyini düşünür: "Qələbə qazanmaq da, uduzmaq da bir alışqanlıqdır. Biz birinci üçün çalışırıq. Bundan sonra əlimizdəki bütün şanslardan istifadə edib qələbələr qazanmaq istəyirik".

Qeyd edək ki, "Sərhədçi" 12 turdan sonra 17 xalla 6-cıdır.

İdman.biz

Məqalədə: