Tahir Baxşıyev: “Sonradan oyunu ələ ala bildik”

Xəbərlər
27 Yanvar 2024 23:06
224
Tahir Baxşıyev: “Sonradan oyunu ələ ala bildik”

“Hamı bilir ki, Gəncədə oyunlar çox ağır keçir. Onların çox yaxşı azarkeşləri var”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında qələbə qazanan "NTD-İndiqo"nun baş məşqçisi Tahir Baxşıyev deyib.

Səfərdə "Gəncə"yə 94:80 hesabı ilə qələbə qazanan Xaçmaz klubunun çalışdırıcı ilk perioddan sonra üstünlüyü ələ aldıqlarını bildirib: "Komanda yaxşı oyun keçirdi. Əslində “Gəncə” komandası də yaxşı oyun nümayiş etdirir. Məni təəccübləndirir ki, onlar belə bir oyunla turnir cədvəlində son yerlərdə gedirlər. Düşünürəm ki, son turlarda daha yaxşı oynayacaqlar. Biz başa düşürdük ki, onlar tam gücü ilə oynayacaqlar. "Gəncə"nin öz məqsədləri var. Ümümi götürəndə, oyunçularım matçın gedişatına nəzarət edirdilər. İlk period çətin keçdi, amma sonradan oyunu ələ ala bildik. Bizi sevindirir ki, Elşad Şirzadov meydançaya qayıdıb. Hələ optimal formadan uzaqdır. Ancaq bu başa düşüləndir. Ağır zədədən sonra geri döndü. Mən ondan razı qaldım".

Qeyd edək ki, "NTD-İndiqo" mövsümdə 10-cu qələbəsini qazanıb.

İdman.biz