Kurtinaytis Fuad Niftəliyev və Tahir Baxşıyev haqqında nə deyib?

Xəbərlər
2 Fevral 2024 19:16
293
Kurtinaytis Fuad Niftəliyev və Tahir Baxşıyev haqqında nə deyib?

"Yığmada və "Qala"da rəhbərliyim altında oynayan basketbolçuların yaxşı məşqçi olmasına çox sevinirəm".

İdman.biz xəbər verir ki, bunu livtvalı mütəxəssis Rimas Kurtinaytis deyib.

"Sabah"ın yeni baş məşqçisinin iştirakı ilə bu gün mətbuat konfransı təşkil olunub. Kurtinaytis Fuad Niftəliyevin hələ də karyerasını davam etdirməsini xüsusi qeyd edib: "Fuad hələ də oynayır və karyerasını "Sabah"da davam etdirir. Ondan razıyam. Tahir Baxşıyev yığma və "NTD-İndiqo"ya rəhbərlik edir. Litvaya səfəri zamanı onunla görüşmüşdüm".

Litvalı mütəxəssis "Ximki"də karyerası barədə də danışıb: "Milyonlar qazanan oyunçulardan təşkil olunan komandaya rəhbərlik etmək üçün yüksək kvalifikasiyalı mütəxəssis olmalısan. "Ximki"də işləmək asan deyildi. Sən yalnız idmançıya "qaç" deyə bilməzsən. Basketbolçulardan nə tələb etdiyini taktiki cəhətdən izah etməlisən. Bu, əla komanda idi və yüksək məqsədlərə çatdı".

Qeyd edək ki, Kurtinaytis 2002-2006-ci illərdə "Qala" klubu və Azırbaycan yığmasında işlədiyi dövrdə Fuad Niftəliyev və Tahir Baxşıyev bu komandaların əsas basketbolçuları olub.

İdman.biz