NTD-İNDİQO öz meydanında uduzub - YENİLƏNİB

Xəbərlər
4 Fevral 2024 16:06
232
NTD-İNDİQO öz meydanında uduzub - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub.

İdman.biz xəbər verir ki, liderlər qrupunda qərarlaşan komandalar Xaçmazda üz-üzə gəliblər.

NTD-İNDİQO öz meydanında "Xəzri"yə uduzub. Oyuna meydan sahibləri yaxşı başlasalar da, böyük fasilədən sonra qonaqlar üstünlüyü ələ keçiriblər. Yekunda paytaxt basketbolçuları 89:85 hesabı ilə qalib gəliblər. Bu nəticədən sonra turnir cədvəlində ikihakimiyyətlilik yaranıb. "Sabah" və "Xəzri" eyni - 24 xal toplayıb. Xaçmazlılar onlardan 1 xal geri qalırlar.

Qeyd edək ki, turun digər qarşılaşmalarında "Xırdalan" "Gəncə"ni (93:87), "Sabah" "Sərhədçi"ni (96:71), "Neftçi" "Sumqayıt"ı (113:96), "Cəlilabad" "Şəki"ni (90:86) məğlub edib.

XIII tur
4 fevral
14:00. NTD-İNDİQO - "Xəzri" - 85:89 (20:17, 19:20, 22:31, 22:31, 24:21)

Xaçmaz Olimpiya İdman Kompleksi

Sabah BK

13

11

2

1282-1083 (+199)

24

Xəzri BK

13

11

2

1163-1059 (+104)

24

NTD-İNDİQO

13

10

3

1223-1047 (+176)

23

Neftçi İK

13

9

4

1104-1037 (+67)

22

Xırdalan BK

13

8

5

1196-1150 (+46)

21

Sərhədçi PİK

13

5

8

1128-1168 (-40)

18

Cəlilabad BK

13

5

8

1118-1164 (-46)

18

Gəncə BK

13

3

10

1124-1132 (-101)

16

Sumqayıt BK

13

3

10

1076-1201 (-125)

16

Şəki BK

13

0

13

932-1208 (-276)

13

İdman.biz