“Xəzri”nin baş məşqçisinin planı baş tutub

Xəbərlər
4 Fevral 2024 19:08
179
“Xəzri”nin baş məşqçisinin planı baş tutub

“Rəqib basketbolçu Qrifin Remmini necə dayandıra biləcəyimizi öncədən planlaşdırmışdıq. Buna uyğun olaraq da istədiyimiz baş tutdu”.

İdman.biz xəbər verir ki, bunu “Xəzri” basketbol klubunun baş məşqçisi Murat Dikmen deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının XIII turunda NDT-İNDİQO-ya 89:85 hesabı ilə qalib gəldikləri oyunda 3 xallıq atışların böyük rol oynadığını deyib: “İlk olaraq NTD-İNDIQO kollektivini təbrik edirəm. Çox yaxşı mübarizə apardılar. Öz komandam isə iki fərqli hissə oynadı. Bu görüşdə ümumilikdə müdafiəyə daha çox köklənmişdik. İlk hissədə hücumda inamlı təsir bağışlamadıq. Ancaq böyük fasilədən sonra ardıcıl olaraq 3 dəqiq üç xallıq atışla sükanı ələ almağı bacardıq. Ardınca da tamamilə oyun bizim nəzarətimiz altına keçdi. Qalib gəldiyimiz üçün çox xoşbəxtik. Sevincimizi yaşadıq indi isə “Şəki” ilə qarşılaşmaya köklənməliyik. Milli fasilə öncəsi qələbə qazanmaq bizim üçün çox vacibdir”.

Qeyd edək ki, mövsümdə 11-ci qələbəsini qazanan “Xəzri” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

İdman.biz