Tahir Baxşıyev: “Müdafiədə düzgün oynaya bilmədik”

Xəbərlər
4 Fevral 2024 19:45
230
Tahir Baxşıyev: “Müdafiədə düzgün oynaya bilmədik”

NTD-İNDIQO Azərbaycan Basketbol Liqasının XIII turunu məğlubiyyətlə başa vurub.

İdman.biz xəbər verir ki, komandanın baş məşqçisi Tahir Baxşıyev "Xəzri"yə məğlubiyyətdən dərs almalı olduqlarını bildirib.

Gənc mütəxəssis müdafiə xəttndə ciddi səhvlərə yol verdiklərini qeyd edib: "Biz Amil Həmzəyevə qarşı düzgün oynaya bilmədik. Ona hücumda çox sərbəstlik verdik. Və nəticədə Amil bu oyunda ən çox xal topladı. Səid İsmayılov da yaxşı oynadı. Biz müdafiədə düzgün oynaya bilmədik. Bizim ən böyük problemimiz bu idi. Bu oyundan nəticə çıxarmalıyıq. İdmanda belə hallar olur. Səhvlərimiz üzərində işləməli və növbəti oyunlara daha hazır çıxmalıyıq. Qarşıda bizi hələ çox oyun gözləyir".

Qeyd edək ki, NTD-İNDİQO öz meydanında "Xəzri"yə 85:89 hesabı ilə uduzub.

İdman.biz