Embid mövsümün sonunda dönəcək

Xəbərlər
5 Fevral 2024 20:19
198
Embid mövsümün sonunda dönəcək

“Filadelfiya Siksers”in mərkəz oyunçusu Coel Embid mövsümün sonunda meydana çıxa biləcək.

İdman.biz xəbər verir ki, həkimlər onun diz zədəsinin bərpasının təxminən 3 ay sürəcəyini bildirib.

Embid “Qolsen Steyt”lə (107:119) qarşılaşmada zədələnib. O, yaxın günlərdə cərrahiyə əməliyyatı keçiricək. Mütəxəssislər Coelin təxminən 3 ay sevimli idamn növü ilə məşğul ola biləyəcəyini bildiriblər. Onun mövsümün sonunda oynayacağı gözlənilir.

Qeyd edək ki, Embid ötən mövsümdə NBA-nın müntəzəm çempionatının MVP-si seçilib.

İdman.biz

Məqalədə: