Rimas Kurtinaytis ilk məğlubiyyətinin səbəbini açıqlayıb

Xəbərlər
7 Fevral 2024 22:56
208
Rimas Kurtinaytis ilk məğlubiyyətinin səbəbini açıqlayıb

“Rəqib layiqli qələbə qazandı. Oyun ərzində geridönüş etməyə çalışsaq da, real şanslarımız yox idi”.

İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis Azərbaycan çempionatında ilk dəfə uduzub. O, səfərdə “Neftçi”yə 87:101 hesablı məğlubiyyəti şərh edib: "Neftçi" 3 xallıq atışlarda daha yaxşı idi. Faiz nisbətində bu göstəricidə rəqibdən çox geri qaldıq. Düşünürəm ki, rəqib fiziki cəhətdən daha hazırlıqlı idi. Təbii ki, məğlub olmaq xoş deyil. Lakin bu idmandır. Səhvlərimizi gördük. Üzərində işləyəcəyik. Qarşıda 3 həftəlik fasilə var. Bu müddətdən maksimum yararlanmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan çempionu mövsümdə 3-cü dəfə uduzub.

İdman.biz