Evren Alkaya Gəncədəki qələbəni dəyərləndirib

Xəbərlər
10 Fevral 2024 17:41
193
Evren Alkaya Gəncədəki qələbəni dəyərləndirib

“Çox çətin bir matç idi. Sona qədər hər iki komanda çox yaxşı mübarizə apardı”.

İdman.biz xəbər verir ki, bunu “Sərhədçi” basketbol klubunun baş məşqçisi Evren Alkaya deyib.

ABL-nın XIV turunda səfərində “Gəncə”yə 79:72 hesabı ilə qalib gələn mütəxəssis oyunu dəyərləndirib. O bildirib ki, ilk 2 periodda üstünlük bölgə təmsilçisinin tərəfində olub: “Təəssüf ki, asan xallar qazandılar. Amma sonra öz oyunumuza döndük. Aqressiv müdafiəmizlə geridönüş etməyi bacardıq. Onların bütün effektiv oyunçularını təhlil etmişdik. Üçüncü periodda rəqibə xal qazanmağa şans vermədik. Sürətli hücumlar və səbətin altındakı hündür oyunçumuzla epizodlar yaratdıq və matçı son perioda daşıdıq. Rəqib komanda oyunun sonlarında reaksiya göstərdi. Biz həmin vaxt tempi salmağa çalışdıq və qalib gəldik. Önümüzdəki matçlara baxacağıq. Növbəti oyunumuzda kubokda yenidən "Gəncə" ilə qarşılaşacağıq. Əlimizdən gələni edəcəyik. Vacib olan "Sərhədçi"ni yüksəklərə qaldırmaqdır. Mövsümü layiq olduğumuz yerdə bitirməyə çalışacağıq”.

Qeyd edək ki, “Sərhədçi” XIV turdan sonra 20 xalla 6-cı pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: