17 yaşlı ukraynalı basketbolçu Vladimir Yermakov Almaniyanın Düsseldorf şəhərində öldürülüb.
İdman.biz xəbər verir ki, yeniyetmə idmançı hələ şəxsiyyəti bəlli olmayan şəxslər tərəfindən qətlə yetirilib.
Düsseldorfun “ART Giants” (U-19) komandasında çıxış edən basketbolçu şəhərdə keçirilən karnavalda hücuma məruz qalıb. Gənc ukraynalı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalara görə, Yermakov ukraynalı olduğu üçün öldürülüb.
Qeyd edək ki, o, Ukraynanın U-16 millisinin üzvü olub.
İdman.biz