Qadın basketbolçulardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, siyahıda Olimpiya təsnifat turnirlərinin nəticələri də yer alıb.
Azərbaycan millisi 43,5 xalla dünyada 105-cidir. Komandamız ötən siyahıdakı mövqeyini qoruyub. Yığmamız Avropa ölkələri arasında 42-ci sırada qərarlaşıb.
Qeyd edək ki, cədvələ ABŞ başçılıq edir – 834,8 xal. Çin 686,0 xalla ikinci, Avstraliya 668,8 xalla üçüncüdür.
İdman.biz