Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində mübarizəyə başlayıb.
İdman.biz xəbər verir ki, yığmamız 1-ci seçmə mərhələsində İsveçrə ilə qarşılaşıb.
Matça daha yaxşı başlayan Tahir Baxşıyevin yetirmələri 1-ci periodu 10 xal üstün bitiriblər. Sonradan daha yaxşı oynayan İsveçrə komandası inamlı qələbəsi qazanıb. Meydan sahibləri 72:53 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, qrupun digər oyununda Kosovo İrlandiyanı qəbul edib. Görüş meydan sahiblərinin 83:76 hesablı qələbəsi ilə yekunlaşıb.
DÇ-2027, Avropa zonası üzrə 1-ci seçmə mərhələ
A qrupu, I tur
22 fevral
22:00. İsveçrə - Azərbaycan - 72:53 (10:20, 19:8, 21:15, 22:10)
İsveçrə |
1 |
1 |
0 |
72-53 (+19) |
2 |
Kosovo |
1 |
1 |
0 |
83-76 (+7) |
2 |
İrlandiya |
1 |
0 |
1 |
76-83 (-7) |
1 |
Azərbaycan |
1 |
0 |
1 |
53-72 (-19) |
1 |
İdman.biz