“Cəlilabad”ın basketbolçusu Zaur Paşayevin milli karyerasını bitirəcəyi vaxt dəqiqləşib.
Bu barədə “İdman Bizdə” verilişində Azərbaycan yığmasının kapitanı Amil Həmzəyev açıqlama verib.
O bildirib ki, 41 yaşlı basketbolçusunun milli ilə noyabrda vidalaşacağı gözlənilir: “Dünya çempionatının seçmə mərhələsi çərçivəsində həmin ay keçiriləcək oyunlarda da onun oynayıb-oynamayacağı hələ dəqiqləşməyib. Amma klub səviyyəsində karyerasını davam etdirmək istəyi var”.
Qeyd edək ki, Paşayev 2000-ci ildən Azərbaycan millisinin formasını geyinir.
Emin Ağa
İdman.biz