Donçiç 63 illik rekordu təkrarlayıb

Xəbərlər
28 Fevral 2024 20:09
212
Donçiç 63 illik rekordu təkrarlayıb

“Dallas Maveriks”in müdafiəçisi Luka Donçiç NBA rekordunu təkrarlayıb.

İdman.biz xəbər verir ki, sloveniyalı basketbolçu son 15 oyunda orta hesabla 36,7 xal, 10 götürmə və 10 xallıq nəticəyə imza atıb.

O, 1961-ci ildə “Sinsinnati Royalz”ın (indiki “Sakramento Kinqz”) basketbolçusu Oskar Robertsonun nəticəsi ilə eyni uğura imza atıb. 25 yaşlı Donçiç “Klivlend Kavalyers”lə (119:121) görüşdə 45 xal toplayıb. O, 14 ötürmə və 9 götürmə ilə yadda qalıb.

Qeyd edək ki, Lukanın çıxış etdiyi “Dallas” Qərb Konfransında 33 qələbə, 25 məğlubiyyətlə 8-ci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: