“Sumqayıt”ın baş məşqçisi: “Pley-off qatarı bizdən aralansa da...”

Xəbərlər
5 Mart 2024 19:07
145
“Sumqayıt”ın baş məşqçisi: “Pley-off qatarı bizdən aralansa da...”

“Səbət altında mübarizədə rəqibə məğlub olduq”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt” basketbol klubunu baş məşqçisi Teymur Hüseynov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan kubokunda “Cəlilabad”a məğlubiyyəti şərh edib. Hüseynov rəqibin üstün tərəfləri barədə danışıb: "Komanda müdafiədə çox pis oynadı. Atışlarımız dəqiq olmurdu. Rəqibin heyətində Zaur Paşayev amili həlledici rol oynadı. Onun təcrübəsi "Cəlilabad"ın işinə yaradı. Zaurun təşkilatçılığı birbaşa nəticəyə təsir göstərdi. Bizdə isə hər kəs özünə görə oynadı. Görürsünüz, 40 yaşı haqlayan basketbolçu necə komandasını yönləndirə bilir?! İndi diqqətimizi çempionat oyununa yönəltməliyik. Pley-off qatarı bizdən aralansa da, bir təhər ona çatmağa çalışacağıq. Meydanda 3 legioner olanda nəyəsə ümid etmək olar”.

Qeyd edək ki, “Sumqayıt” “Cəlilabad”a 76:90 hesabı ilə uduzub.

İdman.biz