Uğur Özdemir: “Oyunumuzda axsama oldu”

Xəbərlər
5 Mart 2024 22:24
230
Uğur Özdemir: “Oyunumuzda axsama oldu”

“Rəqibi təbrik edirəm, əla mübarizə apardılar. Xüsusilə son dövrəni qeyd edə bilərəm”.

İdman.biz xəbər verir ki, bunu basketbol üzrə Azərbaycan kubokunda “Neftçi”yə 68:80 hesabı ilə uduzan "Xırdalan"ın baş məşqçisi Uğur Özdemir deyib.

Türkiyəli mütəxəssis güclü rəqiblə oyunu şərh edib: “Komandamda yerli oyunçulardan "Neftçi"dəki kimi dəstək ala bilmədim. Görüşə yaxşı başlamışdıq, məhsuldarlığımız yüksək idi. Amma sonradan oyunumuzda axsama oldu. Bu, kubokun reqlamentinə əsasən, 3 yerli oyunçu faktorundan irəli gəlir. Ümumi baxsaq, yaxşı mübarizə apardıq. Hətta hesabda geridə olduğumuz anlarda bir neçə dəfə geri dönə bildik. Matçın son 2 dəqiqəsində komanda istədiyim reaksiyanı verə bildi, lakin orada da bəzi fərqli məqamlar oldu. Nəticəni dəyişə bilmədik və məğlub olduq. Qarşıda bizi "Xəzri" ilə görüş gözləyir. Görüşü qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Xırdalan” ölkə kubokunda keçirdiyi 2 oyunun birində qələbə qazanıb, digərində uduzub.

İdman.biz