"Sərhədçi" və "Sabah" turu qələbə ilə başa vurub - FOTO

Xəbərlər
6 Mart 2024 21:46
177
"Sərhədçi" və "Sabah" turu qələbə ilə başa vurub - FOTO

Bu gün basketbol üzrə Azərbaycan kubokuna növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, B qrupunda III tur çərçivəsində 2 matç baş tutub.

“Şəki” qrupda keçirdiyi 3-cü görüşü də məğlubiyyətlə başa vurub. Əyalət təmsilçiləri “Sərhədçi”yə uduzublar. Bu qələbə komandanı lider edib.

Günün digər matçında “Sabah” "Gəncə"ni sınağa çəkib. Oyun gözlənildiyi kimi çempionun qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, oyunlar “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Azərbaycan kuboku
6 mart
B qrupu, III tur

16:30. “Şəki” – “Sərhədçi” - 81:92 (24:25, 17:25, 16:18, 24:24)
19:30. “Sabah” – “Gəncə” - 89:77 (26:17, 23:27, 24:19, 16:14)

Sərhədçi

3

2

1

261-248 (+13)

5

NTD-İNDİQO

2

2

0

207-133 (+74)

4

Sabah

2

2

0

192-159 (+33)

4

Şəki

3

0

3

226-298 (-72)

3

Gəncə

2

0

2

140-188 (-48)

2

İdman.biz