Çempion kubokla vidalaşıb - FOTO

Xəbərlər
27 Mart 2024 21:29
184
Çempion kubokla vidalaşıb - FOTO

Bu gün basketbol üzrə Azərbaycan kubokunda qrup mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, B qrupunda V turun 2 matçı baş tutub.

“Sərhədçi” İdman Mərkəzinin meydanına öncə autsayderlər çıxıb. “Gəncə” və “Şəki” sonuncu olmamaq uğrunda mübarizə aparıb. Gəncəlilər qələbə qazanıblar.

Günə “Sabah”la NTD-İNDİQO arasında matçla yekun vurulub. Yarımfinala vəsiqə verən ilk iki yerin sahibi bu görüşdən sonra bəlli olub. Çempion "Sabah" güclü rəqibinə uduzaraq, qrup mərhələsini 3-cü pillədə başa vurub. NTD-İNDİQO və "Sərhədçi" növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, A qrupunda “Neftçi” və “Xəzri” yarımfinala yüksəlib.

Azərbaycan kuboku
27 mart
B qrupu, V tur

16:30. “Gəncə” – “Şəki” - 85:78 (26:16, 23:17, 15:23, 21:22)
19:30. “Sabah” – NTD-İNDİQO - 85:89 (16:24, 23:20, 25:20, 21:25)

NTD-İNDİQO

4

4

0

394-293 (+101)

8

Sərhədçi

4

3

1

348-330 (+18)

7

Sabah

4

2

2

359-335 (+24)

6

Gəncə

4

0

4

300-364 (-64)

5

Şəki

4

0

4

304-383 (-79)

4

İdman.biz