“Gəncə” “Cəlilabad”a qalib gəlib

Xəbərlər
6 Aprel 2024 16:19
224
“Gəncə” “Cəlilabad”a qalib gəlib

Bu gün Azərbaycan Basketbol Liqasında XVI turun növbəti oyunu keçirilib.

İdman.biz xəbər verir ki, günün yeganə matçı Gəncədə təşkil olunub.

Şəhərin eyniadlı komandası “Cəlilabad”la üz-üzə gəlib. Autsayderlər qrupunda yer alan komandaların dueli Gəncə Olimpiya İdman Kompleksində baş tutub.

Meydan sahibləri 103:91 hesabı ilə qalib gəliblər. "Gəncə"nin heyətində Culs Mur 32 xal və 11 ribaunda imza atıb. "Cəlilabad"da isə 23 xal və 6 assist edən Rişon Conson fərqlənib.

Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.

XVI tur
6 aprel
14:00. “Gəncə” - “Cəlilabad” – 103:91

Gəncə Olimpiya İdman Kompleksi

Xəzri BK

16

14

2

1442-1310 (+132)

29

Sabah BK

15

12

3

1459-1260 (+199)

27

NTD-İNDİQO

15

11

4

1387-1205 (+182)

26

Xırdalan BK

16

10

6

1470-1443 (+27)

26

Neftçi İK

15

11

4

1302-1186 (+116)

26

Sərhədçi PİK

16

6

10

1386-1436 (-50)

22

Sumqayıt BK

16

6

10

1367-1469 (-92)

22

Cəlilabad BK

16

5

11

1384-1466 (-82)

21

Gəncə BK

16

4

12

1361-1492 (-131)

20

Şəki BK

15

0

14

1100-1400 (-300)

14

İdman.biz