“Basketbolçularım ciddi güc sərf etdilər”.
İdman.biz xəbər verir ki, bunu “Xırdalan”nın baş məşqçisi Uğur Özdəmir deyib.
Azərbaycan Basketbol Liqasının XVII tutunda “Neftçi”yə 114:109 hesabı ilə qalib gələn mütəxəssis bildirib ki, görüşün hər saniyəsi gərgin mübarizə ilə yadda qalıb: “Bu qələbə turnir cədvəlində sıralamanı dəyişdirdi, amma daha vacibi gözəl oyun sərgiləməyimiz oldu. Öncədən 2 oyunçumuzun olmayacağı bəlli idi. Buna baxmayaraq, hər cür vəziyyətə hazır olduğumuzu göstərdik. Pley-offda yenidən rəqibimiz "Neftçi"dir. Çox çətin oyun olacağını bilirik. Onların çox keyfiyyətli oyunçu və məşqçi heyəti var. Amma pley-offda da məqsədimiz azarkeşlərə baxımlı oyun nümayiş etdirmək olacaq”.
Qeyd edək ki, bu qələbədən sonra xalını 28-ə çatdıran “Xırdalan” 4-cü pilləyə yüksəlib. Eyni xala malik olan “Neftçi” isə 5-cidir.
İdman.biz