“Maraqlı oyun oldu. Hər saniyəsi mübarizə dolu matç idi”.
İdman.biz xəbər verir ki, bunu “Xırdalan”ın baş məşqçisi Uğur Özdəmir deyib.
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci matçında “Neftçi”yə 76:73 hesabı ilə qalib gəlib yarımfinala yüksələn mütəxəssis bildirib ki, komandası oyuna çox gec köklənib: “Son anlarda biz daha çox özümüzə inandıq. Sadə oynamaq lazım olan anda məhz o cür davrandıq. Buna görə qələbə qazandıq. Komandamı təbrik edirəm. Belə çətin oyunları qazanmaq bizi daha güclü edir. O baxımdan oyunun hər saniyəsində mübarizə aparan anı yaşayan basketbolçulara sahib olmağım məni sevindirir. İş bununla bitməyib. Qarşıdakı oyunlarda da daha yaxşı mübarizə aparmağa və maksimum irəliləməyə çalışacağıq”.
Qeyd edək ki, “Sabah” – “Xırdalan” arasında yarımfinalın ilk görüşü mayın 7-də keçiriləcək.
İdman.biz