Tahir Baxşıyev: “Bu qədər yol gələnin fikri çempionluqdur”

Müsahibə
6 May 2024 11:11
180
Tahir Baxşıyev: “Bu qədər yol gələnin fikri çempionluqdur”

“Oyun gözlədiyim kimi, gərgin mübarizə şəraitində keçdi. Amil Həmzəyev, Səid İsmayılov maksimum bacarığını ortaya qoydu və qalib oldular”.

Bunu İdman.bizə NTD-İNDİQO basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev deyib.

Milli komandanı çalışdıran mütəxəssis Azərbaycan çempionatının yarımfinalında “Xəzri” ilə oyunda şanslarını dəyərləndirib. O bildirib ki, debütant və ya “Sərhədçi”nin rəqib olmasının fərqi yox idi: “Bilirdik ki, kim bu mərhələyə çıxsa, o, iddialı komanda olacaq. Hər 2 klubla oyuna hazırlaşmışdıq. Oyunlarına baxıb təhlil etmişdik. Demək olar ki, yarımfinala hazırıq. Şanslar 50-nin 50-yədir. “Xəzri”də çox güclü oyunçular var. Komandanın kapitanı Amil Həmzəyev çox təcrübəli oyunçudur. Gənc Səid İsmayılov bu il özünü çox yaxşı tərəfdən göstərir. Son oyunlar Vüqar Məmişov da yaxşı oynamağa başlayıb. Ona görə də çətin olacaq”.

Baxşıyev Xaçmaz təmsilçisinin çempionluq şanslarını da dəyərləndirib: “Dördlər finalı”nda mübarizə aparacaq hər bir komanda çempion olmaq haqqında düşünür. Kimsə bunu deməsə də, bu qədər yol gələnin fikri qızıl medallardır. Bunun alınıb-alınmayacağını oyunlar göstərəcək. Amma 4 klubun hər birinin bu gücdə olduğunu düşünürəm”.

Qeyd edək ki, “Xəzri” ilə NTD-İNDİQO arasında ilk görüş mayın 8-də keçiriləcək.

Emin Ağa
İdman.biz