"Xəzri" - "Sərhədçi" oyunlarını izlədim. Debütant favorit hesab olunurdu və iki qələbə qazanaraq, yarımfinala adladı”.
İdman.biz xəbər verir ki, bunu NTD-İNDİQO-nun kapitanı Elşad Şirzadov deyib.
Azərbaycan Basketbol Liqasında yarımfinalda “Xəzri” ilə qarşılaşacaq Xaçmaz təmsilçisinin 26 yaşlı basketbolçusu bildirib ki, onlardan fərqli, rəqib qısa müddət ərzində üç matç keçirdiyindən yorğun olmaları istisna deyil: “Bizim üçün heç bir fərq etmir. Hər iki komandada zədəli oyunçular yoxdur. Bu da çox vacibdir. Hər gün məşq edirdik. Yarımfinala hazırlaşırdıq. Komanda yaxşı formadadır. Pley-off mərhələsində psixologiya xüsusi rol oynayır. Psixoloji cəhətdən də hazırıq. Ölkə kubokunun yarımfinalında "Xəzri" ilə oynadıq və məğlub olduq. İndi pley-offun yarımfinalında onlara qarşı mübarizə aparacağıq. Bu dəfə fərqli olacaq. Hər kəs qarşıdakı oyuna köklənib”.
Şirzadov sözlərinə görə, hər 2 komandanın şansları bərabərdir: “Bu matçlarda favorit yoxdur. Hər bir komanda uğur qazanmaq üçün əlindən gələni edəcək. Azarkeşləri tribunalardan bizə dəstək olmağa dəvət edirik. Onları çox maraqlı oyunlar gözləyir".
Qeyd edək ki, NTD-İNDİQO “Xəzri” matçı sabah keçiriləcək.
İdman.biz