Emin Əmrullayev FİBA Avropanın Baş Assambleyasında

Xəbərlər
11 May 2024 15:25
218
Emin Əmrullayev FİBA Avropanın Baş Assambleyasında

Sloveniyanın Portoroz şəhərində FİBA Avropanın Baş Assambleyası (FIBA Europe General Assembly) keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə 50 milli assosiyasiyanın təmsilçiləri iştirak edib.

Baş Assambleyada Azərbaycan Basketbol Federasiyasını (ABF) qurumun prezidenti Emin Əmrullayev, baş katib Vüqar Əzimov və icraçı direktor Anar Rzazadə təmsil ediblər.

İdman.biz