Çempion final seriyasına məğlubiyyətlə start verib - VİDEO - FOTO

Xəbərlər
16 May 2024 21:14
224
Çempion final seriyasına məğlubiyyətlə start verib - VİDEO - FOTO

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) final seriyasının ilk oyunu keçirilib.

İdman.biz xəbər verir ki, həlledici qarşılaşmada "Sabah" və "Xəzri" komandaları qarşılaşıb.

"Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşmanı Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və gənclər və idman naziri Fərid Qayıbov da izləyiblər.

Bunadək hər 2 görüşdə qalib gələn son çempion uğurunu davam etdirə bilməyib. İlk periodda üstünlüyü ələ keçirən "Xəzri" sonadək qələbə hesabını qoruyub. 90:75 hesabı ilə qalib gələn Murat Dikmenin komandası seriyada önə keçib.

Qeyd edək ki, final seriyasında 3 qələbə qazanan komanda qızıl medala yiyələnəcək.

Azərbaycan Basketbol Liqası
Final seriyası, ilk oyun

16 may
19:30. "Sabah" – “Xəzri” - 75:90 (21:31, 23:23, 10:19, 21:17)

"Sərhədçi" İdman Mərkəzi

İdman.biz

Məqalədə: