Bu gün Azərbaycan Basketbol Liqasında 3-cü yer uğrunda seriyanın 2-ci oyunu keçirilib.
İdman.biz xəbər verir ki, “Xırdalan” və NTD-İNDİQO növbəti dəfə üz-üzə gəlib.
İlk görüşdə inamlı qələbə qazanan Xaçmaz basketbolçuları növbəti zəfər sayəsində mövsümü 3-cü yerdə bitiriblər. NTD-İNDİQO “Xırdalan” 92:83 hesabı ilə məğlub edərək, bürünc medala yiyələniblər.
Qeyd edək ki, finalda "Sabah" və "Xəzri" üz-üzə gəlir.
Azərbaycan Basketbol Liqası
3-cü yer uğrunda matç
18 may
19:30. NTD-İNDİQO - "Xırdalan" - 92:83 (25:23, 26:25, 17:17, 24:18)
"Sərhədçi" İdman Mərkəzi
İlk oyun: 95:79
İdman.biz