Bu gün Azərbaycan Basketbol Liqasının final seriyasının 4-cü oyunu keçirilib.
İdman.biz xəbər verir ki, seriyada 3-cü qələbəsini qazanan "Sabah" Azərbaycan çempiou olub.
Ötən mövsümün çempionu "Sabah" ilk oyunda uduzsa da, ardıcıl 3-cü qələbə ilə qızıl medallara sahib çıxıb. "Xəzri" son qarşılaşmada uzun müddət öndə olsa da, Rimas Kurtinaytisin komandası 4-cü periodda üstünlüyü ələ alıb. Son dəqiqələri daha yaxşı keçirən "Sabah" 74:69 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, NTD-İNDİQO mövsümün bürünc medalını qazanıb.
Azərbaycan Basketbol Liqası
Final, 4-cü oyun
24 may
19:30. "Xəzri" – "Sabah" - 69:74 (14:14, 20:11, 21:28, 14:21)
"Sərhədçi" İdman Mərkəzi
Seriyada hesab – 1:3
İdman.biz