"Sabah" basketbol klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.
Klubdan İdman.biz-a verilən məlumata görə, Şirzad Şirzadovla 1 illik müqavilə bağlanıb.
23 yaşlı oyunqurucusu ötən mövsüm NTD komandasında çıxış edib. O, 2017-ci ildə Azərbaycanın U-16 millisi ilə Avropa çempionatının C Divizionunda ikinci yeri tutub.
Qeyd edək ki, "Sabah" buna qədər Azərbaycan millisinin əsas heyət üzvü Endər Poladxanlını "Sərhədçi"dən transfer edib.
İdman.biz