Mersedes Volker: "Turnir Olimpiadaya hazırlıq məqsədi daşıyır" - MÜSAHİBƏ

Xəbərlər
2 İyun 2024 23:03
176
Mersedes Volker: "Turnir Olimpiadaya hazırlıq məqsədi daşıyır" - MÜSAHİBƏ

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsində iştirak edən Azərbaycan millisinin üzvü Mersedes Volker jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, təcrübəli basketbolçu turnir və qarşıdakı planlardan danışıb.

- Turnir haqqında təəssüratlarınız necədir?

- Özümü əla hiss edirdim. Amma Dinanın zədələnməsi hər şeyi dəyişdi. Turnirdən qabaq Aleksi də zədələnmişdi. Ona görə bir az çətin oldu. Qarşıda bizi daha bir neçə görüş gözləyir. İşimiz daha da çətin olacaq. Bu turnir Olimpiadaya hazırlıq məqsədi daşıyır.

- Heyətlə bağlı hansı çatışmazlıqlar var?

- Aleksi turniri buraxır. Onun üçün bizə çətindir. Əminəm ki, Molinhauer və Dina Olimpiya Oyunlarında bizimlə olacaq. Bu zaman daha da güclənəcəyik.

- Ən çox çəkindiyiniz rəqib hansıdır?

- Burada hər oyun fərqli ola bilər. Bəzi görüşlərdə komanda fantastik oynaya bilər, digərində əksinə. Oyundan-oyuna hər şey dəyişə bilir.

- Tifani Heyzin yoxluğu nə dərəcədə təsir edir?

- Tifani Heyz də komandanın aparıcı oyunçusu idi. Amma o daha çox böyük basketbol oynayırdı. İndi qadınlar arasında NBA liqasında çıxış edir və ulduz basketbolçulardandır. Biz ondan çox şey öyrənirik və hər dəfə gələndə komandaya fayda verir.

Emin Ağa
İdman.biz