Amil Həmzəyev: “Ermənistanı çox güc sərf etmədən məğlub etdik”

Müsahibə
8 İyun 2024 15:19
432
Amil Həmzəyev: “Ermənistanı çox güc sərf etmədən məğlub etdik”

"Bizim üçün rahat oyun oldu".

Bunu İdman.bizə basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin kapitanı Amil Həmzəyev deyib.

Təcrübəli basketbolçu Kosovoda keçirilən Avropa Kubokunun təsnifat mərhələsinin ilk oyununda Ermənistan üzərində qələbəni dəyərləndirib: "Rəqibin gənc heyəti var idi və 3x3 növündə ilk dəfə çıxış edirdilər. Qaydalara da yaxşı bələd deyildilər. Hamıdan çox xal topladım. Qarşıdakı oyunlarda da əlimizdən gələni etməyə çalışacağıq. Ermənistanı çox güc sərf etmədən məğlub etdik".

Həmzəyev bildirib ki, hədəfləri yalnız turnirin qalibi olmaqdır: "İkinci oyunda Kosovo ilə üz-üzə gələcəyik. Bu oyun daha gərgin keçəcək. Həm ev sahibidirlər, həm də daha yaxşı komandadır. Çalışacağıq ki, bütün oyunlarımızı qazanaq. Çünki 1-ci yeri tutan birbaşa yarımfinala gedir. Buna nail olub və sabah 1 oyun daha az keçirmək istəyirik".

Qeyd edək ki, bu gün millimiz Kosovo, Kipr və Albaniya komandaları ilə də üz-üzə gələcək.

Emin Ağa
İdman.biz