“Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

Xəbərlər
26 İyun 2024 13:57
386
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

Kişi basketbolçulardan ibarət “Sabah” klubunun Çempionlar Liqasındakı rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun qarşılaşacağı komandalar bu gün İsveçrədə keçirilən püşkatmada müəyyənləşib.

Bakı klubu təsnifat mərhələsinin birinci raundunda İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək. Bu raundun qalibi “Friburq Olimpik”lə (İsveçrə) qarşılaşacaq. Təsnifat mərhələləri sentyabrın 15-22-də təşkil olunacaq.

“Sabah” mərhələ adlasa, müntəzəm mövsümdə mübarizə aparacaq. Rimas Kurtinaytisin yetirmələri buna nail olsalar, G qrupunda “Baxi Manresa” (İspaniya), “Bertam” (İtaliya) və “Niners Hemnits”lə (Almaniya) görüşəcəklər.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq paytaxt təmsilçisi təsnifat mərhələsini keçə bilməsə, yoluna Avropa kubokunda davam edəcək.

İdman.biz

Məqalədə: