Yığmamız 18-ci pillədə

Xəbərlər
27 İyun 2024 11:57
95
Yığmamız 18-ci pillədə

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Puatye mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, yarış çərçivəsindəki 8-ci turnirdən sonra ümumi turnir cədvəlində dəyişikliklər olub.

İki mərhələdə iştirak edən Azərbaycan millisi 95 xalla 18-cidir. Qatıldığı yeganə turnirdə 35 xal yığan “Baku Flames” isə 36-cı pillədə qərarlaşıb.

37 komandanın yer aldığı siyahıya Fransa başçılıq edir – 350 xal. İlk “üçlük”də qərarlaşan Niderland 250, Kanada 240 xala malikdir.

Qeyd edək ki, Puatyedə İspaniya 1-ci, Almaniya 2-ci, Ukrayna 3-cü olub.

İdman.biz

Məqalədə: