“Neftçi”dən avrokuboklarla bağlı QƏRAR

Xəbərlər
1 İyul 2024 14:39
105
“Neftçi”dən avrokuboklarla bağlı QƏRAR

Kişi basketbolçular arasında Azərbaycan kubokunun qalibi olan “Neftçi” avrokubokla bağlı qərarını verib.

İdman.bizin əldə etdiyi məlumata görə, Bakı təmsilçisi beynəlxalq arenada çıxış etməyəcək.

“Neftçi” kuboku qazandıqdan sonra avrokuboka qatılmaq istəsə də, son anda fikrindən daşınıb. Lakin bunun səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycanı yeni mövsümdən Çempionlar Liqasında ölkə çempionatının qalibi “Sabah” təmsil edəcək. İkinci olan “Xəzri”nin isə Avropa Liqalarında iştirakı hələlik dəqiqləşməyib.

İdman.biz

Məqalədə: