Azərbaycan yığması Friburq mərhələsindən kənarda

Xəbərlər
2 İyul 2024 17:02
210
Azərbaycan yığması Friburq mərhələsindən kənarda

Basketbolun 3x3 növü üzrə Azərbaycan millisi Qadın seriyasının Friburq mərhələsində iştirak etməyəcək.

İdman.biz xəbər verir ki, püşkatmaya da qatılan yığmamız İspaniya və İrlandiya ilə eyni qrupa düşsə də, son anda iştirakçılar siyahısını tərk edib.

Sabah başlayacaq turnirdə Azərbaycan millisini İsveçrə əvəzləyəcək. İki gün davam edəcək mərhələdə 12 komanda mübarizə aparacaq.

Qeyd edək ki, indiyədək iki mərhələdə - Qəbələ və Klermon-Ferranda qüvvəsini sınayan millimizin növbəti sınağı iyulun 9-10-da Bordoda gerçəkləşəcək.

İdman.biz

Məqalədə: