Fransa və Avstriya milliləri Bakıya gəlir

Xəbərlər
7 İyul 2024 12:18
859
Fransa və Avstriya milliləri Bakıya gəlir

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsində iştirak edəcək ilk komandalar bəlli olub.

İdman.biz xəbər verir ki, artıq üç iştirakçı turnirə qatılacağını təsdiqləyib.

Bunlar Avstriya və Fransa milliləri, həmçinin Macarıstanın “Qyor” klubudur. Ölkəmizi yarışda iki komandanın təmsil edəcəyi gözlənilsə də, hələlik nə millimiz, nə də “Baku Flames”in iştirakı təsdiqlənib.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 17-18-də keçiriləcək.

İdman.biz