Millimiz İspaniya ilə eyni qrupda

Xəbərlər
8 İyul 2024 09:28
264
Millimiz İspaniya ilə eyni qrupda

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bordo mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin qrupdakı rəqibləri və oyunlarının vaxtı dəqiqləşib.

Fransadakı turnirdə 14 komanda iştirak edəcəyindən onlardan üçü təsnifat mərhələsində mübarizə aparacaq. Bunlar Avstriya, İrlandiya və "Bordo" komandalarıdır.

Təsnifat mərhələsinin qalibi D qrupunda Azərbaycan yığmasının rəqibi olacaq. Burada digər komanda İspaniya millisidir.

Komandamız qrupdakı oyunlarını iyulun 9-da keçirəcək. Bakı vaxtı ilə saat 21:30-da millimiz təsnifat mərhələsindən gələn rəqiblə qarşılaşacaq. Saat 23:15-dəki matçda isə rəqib İspaniya olacaq.

Qeyd edək ki, Bordo mərhələsinə iyulun 10-da yekun vurulacaq.

İdman.biz

Məqalədə: