Millimiz 4 pillə geriləyib

Xəbərlər
8 İyul 2024 10:12
259
Millimiz 4 pillə geriləyib

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.

Azərbaycan millisi dünyada 11-cidir. Yığmamızın hesabında 305,065 xal var.

Komandamız ötən cədvəllə müqayisədə 43,472 xal itirib. Bu, yığmanın 4 pillə geriləməsinə səbəb olub. Cədvələ Kanada başçılıq edir – 631,826. Niderland (484,783) ikinci, Fransa (459,794) üçüncüdür.

Qeyd edək ki, kişilərdən ibarət komandaların cədvəlinə Serbiya təmsilçisi “Ub” başçılıq edir – 2922,368.

İdman.biz

Məqalədə: