Millimiz Avropa çempionatında, ilk oyun ermənilərə qarşı olacaq - AFİŞA

Xəbərlər
8 İyul 2024 11:38
200
Millimiz Avropa çempionatında, ilk oyun ermənilərə qarşı olacaq - AFİŞA

Sabah 16 yaşadək basketbolçu qızlar arasında Avropa çempionatının C divizionunun oyunlarına start veriləcək.

İdman.biz xəbər verir ki, Cəbəllütariqdə təşkil olunacaq yarış iyulun 14-dək davam edəcək.

Azərbaycan yığması A qrupunda mübarizə aparacaq. U-16 millimiz Gürcüstan, Ermənistan və Kipr yığmaları ilə qarşılaşacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri qrupdakı ilk oyununu sabah Ermənistana qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Qızlarımız iyulun 10-da saat 12:30-da Gürcüstan və 11-də saat 12:30-da Kipr millisi ilə görüşəcək.

Qeyd edək ki, iyulun 13-də yarımfinal və 5-8-ci yerlər uğrunda matçlar baş tutacaq. Ayın 14-də isə 1-ci, 3-cü, 5-ci və 7-ci yer uğrunda oyunlar təşkil olunacaq.

İdman.biz

Məqalədə: